İyulun 6-da səhər saatlarında hərbi hissələrdən birində bədbəxt hadisə baş verib.
 
RePost.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
 
Tank mərmisinin atımının hərbi qulluqçunun əlindən yerə düşməsi nəticəsində partlayış olub. Nəticədə iki hərbi qulluqçu - gizir Ağalarov Amiddin Şahmalı oğlu və kiçik çavuş Salahov Samir Çingiz oğlu həlak olub.
 
Müdafiə Nazirliyinin rəhbərliyi həlak olanların yaxınları və əzizlərinə dərin hüznlə başsağlığı verir, səbr diləyir.
 
Hadisə nəticəsində gizir Məmmədov Nurlan Rəhim oğlu ağır yaralanıb.
 
RePost.Az

Baxış sayı: 3076