Belçika millisinin və İspaniyanın “Real” klubunun futbolçusu Eden Azar özünə yeni malikanə alıb. 
 
APA-nın məlumatına görə, “Kral klubu”nun yeni transferinin dəbdəbəli mülkü Madriddə yerləşir. 
 
O, məşhur müğənni Sans Alexandrodan aldığı lüks malikanə üçün 11 milyon avro ödəyib. 28 yaşlı E. Azarın həyat yoldaşı və üç uşağı ilə yaşayacağı sarayda 6 yataq otağı, hovuz, spa, idman zalı, kinozal və tennis kortu var. 
 
Qeyd edək ki, Bakıda "Çelsi"nin heyətində Avropa Liqasının qalibi adını qazanan E. Azar iyunda “Real”la 5 illik müqavilə imzalayıb. 
 

Baxış sayı: 1753