İyulun 24-də qəzaya uğramış Azərbaycan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyev dəfn edilib.
 
RePost.Az xəbər verir ki, vida mərasimindən sonra R.Atakişiyev II Fəxri Xiyabanda torpağa tapşırılıb.
 
Qeyd edək ki, ötən gün Azərbaycan Hərbi Hava Qüvvələrinin qəzaya uğrayan "Miq-29" təyyarəsinin Xəzər dənizində itkin düşən pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevin cəsədi aşkarlanıb. 

Baxış sayı: 2725 | Tarix: 21.08.2019
Bizi Telegramda izləyin: @repostaz