Bakıda sentyabrın 10-da, Aşura günü oğurluq hadisəsi baş verib.
 
RePost.Az “qafqazinfo”ya istinadən xəbər verir ki, Binəqədi rayonunun, Binəqədi qəsəbəsində məscidə gedən qadın oğrunun qurbanı olub.
 
Məsciddə dini ayini yerinə yetirən qəsəbə sakini Bibixanım Məcidovanın cibindən 200 manat nağd pul və mobil telefonu oğurlanıb.
 
Faktla bağlı polisə müraciət edilib, araşdırma aparılır.
 
RePost.Az

Baxış sayı: 3029 | Tarix: 13.09.2019
Bizi Telegramda izləyin: @repostaz