İstanbulda baş verən zəlzələdən sonra şəhərdəki bəzi məktəblərdə dərslər təxirə salınıb.
Türkiyənin NTV televiziyası xəbər verir ki, həmçinin xəstəxanalar boşaldılıb. Bir çox iş yerlərində əməkdaşlar evə buraxılıb. Şəhərdəki Avropa-Asiya körpüsündə uzun avtomobil tıxacı yaranıb.
Yeraltı təkanlar nəticəsində şəhərdə yaranan dağıntıların miqyasını müəyyənləşdirmək üçün araşdırmalara başlanılıb.