Şəhriyar təxəllüslü məşhur şair Məhəmmədhüseyn Behcət Təbrizinin oğlu Hadi Behcət Təbrizi Təbrizin 17 şəhrivər prospektində avtomobil qəzasına düşüb.

RePost.Az-ın məlumatına görə, şairin oğlu Təbrizin İmam Rza xəstəxanasında reanimasiya şöbəsindədir.

Komada olan Hadi Behcətin vəziyyətinin ağır olduğu bildirilir.

Qeyd edək ki, şair Məhəmmədhüseyn Şəhriyarın üç övladı var. Şəhrzad və Məryəm qızları Tehranda, Hadi isə Təbrizdə yaşayır. Hadi Ustad Şəhriyar Muzeyinin rəhbəridir.

 


Baxış sayı: 3770 | Tarix: 05.10.2019
Bizi Telegramda izləyin: @repostaz