Niderland Krallığının Bakıdakı səfirliyi qarşısında holland referi Dennis Higlerin əleyhinə etiraz aksiyası keçirilib. Qeyd edəki ki, baş hakimin Avro 2020 Macarıstan - Azərbaycan (1-0) seçmə matçında hakimliyi yumşaq desək uğursuz alınmışdı. 
 
RePost.Az  "virtualaz.org"-a istinadən xəbər verir ki, narazı insanlar "Ədalətsiz qərar", "Ədalətsiz hakim", "Futbol siyasətdən kənardır", "Bizə heç-heçəmizi qaytar" kimi ifadələr işlədiblər.
 
Orada "Holland pendirinə “hə”, hollandiyalı hakimə “yox” " yazılmış plakat da olub.
 
Qeyd edək ki, hakim Dennis Higler əlavə edilmiş vaxtda Bəhlül Mustafazadənin vurduğu təmiz qolu hesaba almadı və faktiki olaraq Azərbaycan yığmasının bir xalını oğurlayıb.

Baxış sayı: 3770 | Tarix: 14.10.2019
Bizi Telegramda izləyin: @repostaz