İŞİD lideri Əbu Bəkr əl-Bağdadinin Suriyanın İdlib şəhərindəki yerini ABŞ ordusuna deyən şəxsin kimliyi açıqlanıb. 
 
Bu barədə “Reuters” məlumat yayıb. 
 
Bildirilir ki, Türkiyə tərəfindən tutulan və İraq təhlükəsizlik qüvvələrinə təslim edilən İŞİD lideri Əbu Bəkir əl-Bağdadinin baş müşaviri İsmail əl-Əthavi terrorbaşının gizləndiyi yer barədə məlumat verib. 
 
“Əl-Əthavi dindirilmə zamanı əl-Bağdadinin hərəkətləri və gizləndiyi yerlər haqqında məlumat verib. İŞİD liderinin 5 yaxın silahdaşı ilə keçirdiyi toplantının ünvanını təhlükəsizlik qüvvələrinə açıqlayıb”,-deyə İraq rəsmisi vurğulayıb.
 
İŞİD liderinin ölümünə səbəb kimi onun bacanağı olan Məhəmməd Əli Sacət də göstərilir. Ərəb mediası isə yazır ki, əl-Bağdadinin yerini bir ay öncə tutulmuş bacanağı bildirib. Sacət həmçinin deyib ki, təşkilat çoxlu miqdarda qızıl və pullar itirib. Beləki, səhrada gizlədilmiş qızıl və pullar çobanlar tərəfindən tapılıb.
 
Qeyd edək ki, ABŞ ordusunun təşkil etdiyi əməliyyat zamanı əl-Bağdadi və bir neçə silahdaşı zərərsizləşdirilib. Donald Tramp da çıxışı zamanı Birləşmiş Ştatlara verdiyi dəstəyə görə Türkiyə, Rusiya, Suriya və İraqa təşəkkür edib.

Baxış sayı: 484