Dünən sosial şəbəkələrdə yayılan video ciddi müzakirələrə və narahatlığa səbəb olub.
 
RePost.Az BakuPost.az-a istinadla xəbər verir ki, həmin video Bakı küçələrində erməni mahnısı səsləndirilən avtomobildə çəkilib.
 
Avtomobildə olanlar Azərbaycan dövləti əleyhinə ifadələr işlədir, milləti aşağılayan “zarafatlar” edirlər.
 
Hiss olunur ki, onlar öz danışıq tərzləri ilə guya gürcü olduqlarını bildirmək istəyirlər.
 
Bu provokasiya xarakterli video qısa müddətdə sürətlə yayılıb və insanların hiddətinə səbəb olub.
 

Baxış sayı: 2459 | Tarix: 04.11.2019
Bizi Telegramda izləyin: @repostaz