Müxalifət, daha doğrusu Əli Kərimlinin başçılıq etdiyi dəstənin növbəti mitinq yanğısına Amerikadan su töküldü. Tapşırıq aldıqlarına şübhə yeri qalmamışdı. Əvvəl Sevinc Osmanqızı, sonra da Cəmil Həsənlinin ABŞ-da keçirdikləri bir sıra görüşlərin nəticəsi olaraq mitinqin təxirə salınmasına qərar verildi. Əli Kərimli şövqlə başlatdığı mitinq qərarını özü geri oxuya bilmədi. Bunu özünün kölgəsinə çevirdiyi Cəmil Həsənli vasitəsilə etdi. “Güllə”nin qabağında durmağa cəsarəti çatmadı.

Cəmil Həsənli isə ciddi cəhdlə kollektiv qərar aldıqlarını deyir. Sürətini ala bilməyib mitinqin Lökbatanda keçirilməsinin müxalifət üçün lazımsız güzəşt olacağını qeyd edir.

Sitat: “Əgər biz Lökbatanla razılaşsaq növbəti aksiyalarda mərkəzə iddia edə bilməyəcəyik. Ona görə də mütləq şəhərin mərkəzindən başqa yerə razılıq verməməliyik”.

Göründüyü kimi mitinq etiraz aksiyasından çox iğtişaşlar yaratmaqla diqqət toplamaq vasitəsidi qaraguruh qrup üçün. Normal, sivil qaydada etiraz mədəniyyəti hələ bunlara gəlib çatmayıb.

Son zamanlar “cəbhə”ləşən Qubad İbadoğlu qatıldığı canlı yayınlardan birində Lökbatana getməyi təklif edib. Gedib orda özümüzü göstərək, sonra şəhərin mərkəzini daha asan ala bilərik. Müsahibənin digər hissəsində isə bildirir ki, böyük kütlə Lökbatan yolunu tutarsa 20 yanvar, 20-ci sahə istiqamətlərində qələbəlik yaranacaq, ictimai nəqliyyat bu qədər kütləni daşıya bilməyəcək, bununla da təbii mitinq yaranacaq. Eyni fikirləri sosial şəbəkələrdə başqa-başqa şəxslər də səsləndirirlər. Demək ki, onlar üçün hər vəchlə mitinq, aksiya, qarşıdurma lazımdı. İndiki vəziyyətdə istənilən “saman çöpü”ndən Kərimli dəstəsi möhkəm yapışır.

Yadınızdadırsa bir müddət əvvəl Əli Kərimlinin müavini İbrahim Məmmədlinin səs yazısı yayılmışdı. Məmmədli israrla Lökbatana getməyin fiaskoyla nəticələnəciyini vurğulayırdı. Misal olaraq da qeyd edirdi ki, müxlaifətin bir neçə il əvvəl 20-ci sahədə keçirdiyi aksiyaya az adamın toplanmışdı. Hələ bu şəhərə daha yaxındı. Əgər 20-ci sahəyə azsayda aksiya iştirakçıları toplaşırlarsa Lökbatana daha da az olar. İbrahim Məmmədli çox haqlıdı. Özü də sədrləri kimi elektoratlarının limitini bilirlər. Lökbatana getməməkdə israrlarının altında yatan səbəb də budur.

 

Aydın BAXIŞ


Baxış sayı: 2915 | Tarix: 06.11.2019
Bizi Telegramda izləyin: @repostaz