Tanınmış aparıcı Elçin Əlibəyli həyat yoldaşı tərəfindən döyülüb.
 
RePost.Az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı hüquq-mühafizə orqanlarından məlumat verib.
 
E.Əlibəyli Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinə müraciət edərək bildirib ki, noyabrın 17-də H.Əliyev küçəsində arvadı, Tərtər rayon sakini, 1993-cü il təvəllüdlü D.V. tərəfindən xuliqanlıq zəminində onu döyərək xəsarət yetirib.
 
Xəsarət alan E.Əlibəyli Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Ona ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
 
Faktla bağlı araşdırma aparılır.
 
Elçin Əlibəyli belə bir xəbərin yazılmasını xəbər saytlarının ona qarşı kampaniyaya başlaması ilə əlaqələndirib:
 
"Bir-birinin ardınca yalan, sifarişli xəbərlər qoyurlar. Bütün yazılanlar yalandır və mətbuatın bu iyrəncliyinə etiraz olaraq ölkəni birdəfəlik tərk edirəm, təki dincəlsinlər! Həyat yoldaşımın adını hallandıran saytları bir-bir məhkəmə qarşısına çıxaracağam!"
 
Tanınmış teleaparıcı Elçin Əlibəyli və 1993-cü il təvəllüdlü həyat yoldaşı D.Vaqifzadə arasındakı münaqişənin səbəbləri məlum olub.
 
İlkin məlumatlarda cütlük arasında münaqişənin uşaq səbəbindən baş verdiyi bildirilib.
 
Məlumata görə, D.Vaqifzadə övladı ilə birlikdə ölkədən çıxmaq üçün etibarnamə istəyib. Ancaq aparıcı buna qarşı çıxıb. Buna görə tərəflər arasında münaqişə baş verib.

Baxış sayı: 3447 | Tarix: 19.11.2019
Bizi Telegramda izləyin: @repostaz