Azərbaycanda əqli qüsurlu qız qohumları tərəfindən seksual təcavüzə məruz qalıb. Təcavüzə məruz qalan 26 yaşlı Şəhanə hazırda hamiləliyin 34-cü həftəsindədir. Onun hamiləliyindən 28 həftəliyindən xəbər tutulub.
 
BAKU.WS xəbər verir ki, Şəhanə və bacısı Günel bu barədə ATV-nin "Bizimləsən" verilişində danışıblar.
 
Şəhanə ilk dəfə Mərdan adlı kişinin onu zorladığını bildirib. Mərdan Şəhanəni qorxudub ki, bu barədə birinə söyləyərsə atası işdən gələndə itləri atasının üstünə buraxacaq.
 
Daha sonra qonşuluqda yaşayan Arif və Qamət adlı kişilər onu qorxudaraq və aldadaraq cinsi əlaqəyə giriblər. Arif təcavüz etməzdən əvvəl Şəhanəyə 1 manat pul verib başını aldadıb. 
 
Bacısının sözlərinə görə, Şəhanə daha çox Mərdandan qorxur, onun adı gələndə əsir.
 
Həmin bu Mərdan oğlu ilə birlikdə "Bizimləsən" proqramına gəlib. Onunla eyni məkanda olan Şəhanənin əhvalı dəyişib. Aparıcı Zaur Baxşəliyev ondan nə olduğunu soruşanda, Mərdandan qorxduğunu deyib.
 
Təcavüzə məruz qalan qadın sonra belə bir sözlər deyib: "Mərdan mənə deyirdi ki, atana deyəcəm. Birinci eybəcərin itinin yanına apardı, sonra bağa. Yalan danışmıram, məni bağa apardı... Qonşu, düzünü de, yalan danışma".
 
Mərdan və oğlu onların bütün ittihamlarını rədd ediblər.
 
Uşağın atasının kim olduğu uşaq dünyaya gəldikdən sonra DNT analizi ilə müəyyən ediləcək.


Baxış sayı: 2269 | Tarix: 22.11.2019
Bizi Telegramda izləyin: @repostaz