İspaniyanın "Barselona" klubunun futbolçusu Arturo Vidal klubunu məhkəməyə verib.

RePost.Az xəbər verir ki, bu barədə "AS" nəşri yazıb.

Nəşrin yazdığına əsasən, 32 yaşlı yarımmüdafiəçi klubunun ona bonus verməməsindən narazıdır.
Çili yığmasının üzvü hesab edir ki, Barselona klubu ona 2.4 milyon avro bonus ödəməlidir.

Klubla futbolçu arasındakı müqavilədə qeyd olunur ki, Vidal mövsüm ərzində 60 faiz oyunda ən azı 45 dəqiqə meydanda olubsa 2 milyon avro mükafat almalıdır. Lakin futbolçu 50 faiz meydana çıxıb və bonusdan məhrum olub.

Futbolçunun vəkilləri Vidala ödənişin 50 faizinin verilməsi tələbiylə "Barselona"nı məhkəməyə veriblər.


Baxış sayı: 2725