İranda qəzaya uğrayan “Ukrayna Beynəlxalq Hava Yolları”na məxsus sərnişin təyyarəsinin SSRİ-də yaradılan “Tor” zenit-raket sistemindən vurulduğu iddia edilib. Bu barədə Pentaqondakı mənbələrə, habelə ABŞ və İraqdakı xüsusi xidmət orqanlarına istinadən “Newsweek” jurnalı məlumat yayıb.

Pentaqon və ABŞ kəşfiyyat mənbələri iddia edir ki, raket təsadüfən atılıb.

CBS News bildirir ki, ABŞ rəsmilərinin fikrincə, Ukraynanın “Boeing” şirkəti İranın hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub. Birləşmiş Ştatlar İran radarlarının siqnalını, həmçinin güman ki, “Tor” hava hücumundan müdafiə raket sistemindən iki raket atışını qeydə alıb.

CNN, çoxsaylı mənbələrə istinadən, ABŞ hakimiyyətinin təyyarənin səhvən İran raketi ilə vurulduğuna inandığını bildirib. Bu versiya ABŞ kəşfiyyatı tərəfindən toplanan peyk, radar və elektron məlumatların təhlilinə əsaslanır.


Baxış sayı: 2991 | Tarix: 09.01.2020
Bizi Telegramda izləyin: @repostaz