İran RƏM sisteminin operatoru Ukraynanın MAU aviaşirkətinin “Boeing 737-800” təyyarəsini "düşmən obyekti" kimi müəyyənləşdirib.
 
IRNA-nın məlumatına görə, bu barədə İran İslam İnqilabı Keşikçiləri Kopusu HHQ-nin komandanı Əmir Əli Hacızadə bəyan edib.
 
Rabitədə olan kəsilmələrlə əlaqədar  “düşmən obyekt” barədə komandanlığa məlumat verilməyib, bu səbəbdən qanadlı raketin  buraxılması barədə qərar özbaşına verilib. Hacızadənin sözlərinə görə, qərarı qəbul etmək üçün operatorun beş saniyəsi olub və o yanlış qərar verərək raketi hədəfi vurmaq üçün buraxıb.
 
Hacızadə ABŞ bazalarına raket hücumları müddətində aviarabitənin (uçuşların) dayandırılması barədə rəsmi Tehrana müraciət etdiklərini, lakin tələblərinin yerinə yetirilmədiyini vurğulayıb.
 
Xatırladaq ki, yanvarın 8-də Tehranda Ukraynaya məxsus sərnişin təyyarəsi qəzaya uğrayıb. Sonradan İran hökuməti təyyarənin səhvən vurlduğunu etiraf etdi. İranın havadan müdafiə sistemləri rekatlə sərnişin təyyarəsini səhv salıb.

Baxış sayı: 3352 | Tarix: 11.01.2020
Bizi Telegramda izləyin: @repostaz