Koronavirusun yayılmasının qarşısının alınması ilə bağlı yaşayış evlərinə naməlum şəxslərin daxil olması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar tərəfimizdən tam və hərtərəfli araşdırılıb.
 
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev RePost.Az-a bildirib ki, yayılan məlumatlar təsdiqini tapmayıb.
 
Xidmət rəisi əlavə edib ki, bu və ya digər formada paytaxtın polis orqanlarına şəhər sakinləri tərəfindən hər hansı müraciət daxil olmayıb.

Baxış sayı: 2193 | Tarix: 28.02.2020
Bizi Telegramda izləyin: @repostaz