Gürcüstanın Marneuli və Bolnisi bələdiyyələrində bu gündən etibarən tətbiq olunan ciddi karantin qadağaları açıqlanıb.
 
RePost.Az-a istinadən xəbər verir ki, hər iki rayon ərazisinə daxil olmaq və çıxmaq qadağan edilib.
 
Rayon sakinlərinin ərzaq məhsulları və dərman almaq, xəstəxanaya getməkdən başqa yerdəyişməsi qadağandır.
 
İctimai nəqliyyatın da hərəkəti tam dayandırılıb.
 
Kənd təsərrüfatı ilə bağlı işlər Gürcüstanın Səhiyyə Nazirliyinin protokoluna müvafiq olaraq həyata keçiriləcək. İctimai asayişin qrounması və fövqəladə vəziyyətə nəzarəti ölkənin Daxili İşlər Nazirliyi həyata keçirəcək.
 
Bununla yanaşı, tibb işçiləri sakinlərin sağlamlıq durumunu yoxlayacaq və ehtiyacları barədə maraqlanacaqlar.
 
Marneuli və Bolnisidə yerli media və mətbuatın fəaliyyətinə şərait yaradılacaq, İctimai yayımçı rayonlardakı vəziyyət barədə məlumatlar yayacaq.

Baxış sayı: 412