Hələbdən döyüş əsnasında Tvitterdə ingiliscə yazdığı mesajları ilə dünyanın marağına səbəb olan yeddi yaşılı Bana Alabed, bu dəfə Amerikanın yeni prezidenti Donald Trampa məktub ünvanlayıb.

RePost.Az xəbər verir ki, yeddi yaşlı qız Trampdan kömək istəyib.

Bananın anası onun Trampa yazdığı məktubunu BBC ilə bölüşərək qeyd edib ki, Bana məktubu Trampın andiçməsindən bir neçə gün öncə yazıb.

Sözügedən məktubu sizə təqdim edirik:

"Mənim adım Mənə Alabed. Hələbdə yaşayan, yeddi yaşında Suriyalı bir qızam.

Həyatım boyunca Suriyada yaşamışam. Lakin keçən il dekabr ayında Hələbi tərk etmək məcburiyyətində qaldıq. Suriyadakı döyüşdən zərər görən Suriyalı uşaqlardan biri də mənim.

Ancaq artıq Türkiyədəki yeni evimdə dincliyə qovuşmuşam. Hələbdə məktəbə gedirdim ancaq məktəbim bombardmanda dağıldı. Dostlarımın bəziləri öldü. Onlar üçün çox kədərlənirəm. Kaş ki yanımda olsaydılar, birlikdə oyun oynayardıq. Hələbdə oyun oynaya da  bilmirdik. Çünki bura ölümün şəhəri olmuşdu. İndi isə Türkiyədə çölə çıxıb əylənə bilirəm. Hələ başlamamışam, amma məktəbə da gedə bilərəm. Bax elə bu səbəbə görə sülh hər kəs üçün çox böyük əhəmiyyət daşıyır. Ancaq Suriyadakı milyonlarla uşaq mənim sahib olduqlarımdan məhrum və Suriyanın müxtəlif yerlərində ağrı-acı çəkməyə davam edirlər.
Amerikanın başçısı olacağınızı bilirəm. Suriyadakı uşaqları və insanları qurtara bilərsinizmi? Suriyadakı uşaqlar üçün bir şey etməlisiniz, çünki onlar da sizin uşaqlarınız sayılır və sizin kimi onlar da sülhə layiqdirlər. Əgər onlar üçün nəsə edəcəyinizə söz versəniz, məni yeni dostunuz bilin.
Suriyadakı uşaqlar üçün edəcəklərinizi səbrsizliklə gözləyirəm”.
 


Baxış sayı: 2877 | Tarix: 25.01.2017
Bizi Telegramda izləyin: @repostaz