Xaçmaz rayonunda iki nəfər dəm qazından boğulub.


RePost.Az-ın Apa-ya istinadən verdiyi məlumata görə, rayonun Qarabağlı kənd sakinləri 1968-ci il təvəllüdlü Tağıyev Namiq Rza oğlu və 1976-cı il təvəllüdlü Mustafayeva Xalidə Yadigar qızı dəm qazından boğularaq ölüb.


Hər iki şəxsin meyiti ekspertizadan keçirilməsi üçün Xaçmaz Mərkəzi Xəstəxanasının morquna gətirilib.

 

Faktla bağlı araşdırma aparılır.


Baxış sayı: 2953 | Tarix: 29.01.2017
Bizi Telegramda izləyin: @repostaz