"Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda Daşkəsənin İcra başçısı Əhəd Abıyevin halı qəfil pisləşib.
 
RePost.Az-ın  "bakipost"a istinadla verdiyi məlumata görə, konfransın birinci hissəsi başa çatdıqdan sonra icra başçısı zaldan çıxarkən başı gicəllənib və özünü güclə foyedəki skamyaya çatdırıb.
 
Ətrafdakı insanlar, media nümayəndələri ona yardım edib, təcili yardım çağırmaq istəyiblər. Lakin icra başçısı həkimə ehtiyac olmadığını bildirib, su istəyib. Hadisə şahidlərinin sözlərinə görə, Ə.Abıyevin əlləri əsirmiş. İcra başçısının tədbirdə həyəcan keçirdiyi bildirilir.
 
Daşkəsənin icra başçısı Əhəd Abıyev RePost.Az-a  halının qəfil pisləşməsindən danışıb. O, deyib ki, tədbir zamanı böyük qardaşı İbrahimin ölüm xəbərini alıb və bunun üçün halı pisləşib. 
 
Qeyd edək ki, Heydər Əliyev Mərkəzində "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfrans keçirilib.
 
Hökumət ümayəndələrinin, icra başçılarının qatıldığı konfransda prezident İlham Əliyev də iştirak edib və geniş nitq söyləyib.
 
RePost.Az

Baxış sayı: 3333 | Tarix: 30.01.2017
Bizi Telegramda izləyin: @repostaz