Evinizdəki pis qoxular getmir?

RePost.Az-ın publika.az-a istinadən təqdim etdiyi üsullardan istifadə edərək evinizdəki pis qoxulara son qoya bilərsiniz. 


Ərzaqlar:

Su

Karbonat

Hər hansı çiçək yağı

Hazırlanması:

1 litrlik şüşə üçün 2 çay qaşığı karbonatı əlavə edin və yaxşıca qarışdırın. Daha sonra şüşənin içinə vanil, lavanda, yasəmən kimi bir çox gül yağı əlavə edə bilərsiniz. 10-15 damcı gül yağı evinizin mükəmməl qoxmasını təmin edir.

Başqa bir üsul

Ərzaqlar:

Limon

Mixək

Darçın

Yağlı kağız

Hazırlanması:

Mağazalarda satılan yağlı kağızın üstünə limonları qoyun. Daha sonra limonların üstünə istədiyiniz sayda mixək batırıb bir qədər darçın əlavə edin. Mixək və darçınlı limonları yağlı kağıza bükün. Təxminən 3-4 həftə saxlayın. 1 ay keçdikdən sonra onları bir yerə asın. Evinizdən çox gözəl qoxular gələcək...


Baxış sayı: 3276 | Tarix: 05.02.2017
Bizi Telegramda izləyin: @repostaz