Erməni əsirliyindən və girovluğundan azad edilərək dekabrın 14-də Vətənə gətirilən şəxslərin kimliyi açıqlanıb.
 
RePost.Az-ın məlumatına görə, dünən ümumilikdə 14 nəfər əsir və girovluqdan azad edilib.  
 
Bunlar 2014-cü ildən girovluqda olan Əsgərov Dilgəm Qardaşxan oğlu və Quliyev Şahbaz Cəlal oğludur.
 
Onlardan başqa, sentyabrın 27-də başlayan Vətən müharibəsində əsir düşmüş 12 hərbçi də azad edilərək ölkəyə gətirilib.
 
Əsirlikdən azad edilənlər bunlardır:
 
1. Yolçuyev Nurəddin Bəxtiyar oğlu - 14.10.1988
 
2. Baxşəliyev Emin Zahir oğlu - 22.01.1988
 
3. Abdinov Yəhya Vüqar oğlu - 30.12.1999
 
4. Əlizadə Nurlan Mehman oğlu - 02.01.1992
 
5. Həmidov Nahid Yaşar oğlu - 05.01.1992
 
6. Əliyev Şərif Elsevər oğlu - 20.12.1995
 
7. Ələkbərov Ömər Teymur oğlu - 11.01.1985
 
8. Əliyev Anar Hidayət oğlu - 28.06.1992
 
9. Əhmədzadə Mobil İlqar oğlu - 22.04.1999
 
10. Vəliyev Vəliəhəd Şakir oğlu - 05.03.1998
 
11. Kərimov Bayram Yaşar oğlu - 03 02.1992
 
12. Musayev Amin Alim oğlu - 04.07.1994

Baxış sayı: 2516 | Tarix: 15.12.2020
Bizi Telegramda izləyin: @repostaz