Ermənistan baş naziri Nikol Paşinyanın ölkənin Sünik vilayətinə səfəri zamanı insident baş verib.
 
RePost.Az “Sputnik Armeniya” istinadən bildirir ki, vilayətin Sisian şəhərində ibadət üçün kilsəyə daxil olan N.Paşinyan keşişlə salamlaşmaq üçün əl uzatsa da, din xadimi hökumət başçısının əlini sıxmaqdan imtina edib.
 
Keşiş baş nazirə məbədi tərk etməyi tövsiyə edib.

Baxış sayı: 3048 | Tarix: 21.12.2020
Bizi Telegramda izləyin: @repostaz