Xırdalanda baş verən partlayış nəticəsində dağıntılar altında qalan azyaşlının meyiti çıxarılıb.

RePost.Az xəbər verir ki, Xırdalanda partlayış baş verən evin dağıntıları altında qalan daha bir nəfərin meyiti tapılıb. FHN xilasediciləri azyaşlının meyitini dağıntılar altından çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Həmin şəxsin 2012-ci il təvəllüdlü Musayeva Fatimə Vüsal qızı olduğu bildirilir.


Baxış sayı: 3295 | Tarix: 26.01.2021
Bizi Telegramda izləyin: @repostaz