ABŞ-ın Cənubi Karolina ştatında narıncı timsah tapılıb.

RePost.Az Publika.az-a istinadən xəbər verir ki, qeyri-adi rəngli heyvan sakinlərin böyük marağına səbəb olub. Onlar zarafatla bunun baş verməsini müxtəlif səbəblərlə əlaqələndiriblər. Sakinlərin versiyalarından biri də alliqatorun qışı paslanmış kanalizasiya borusunda keçirməsi səbəbindən rəngini dəyişməsi ilə bağlıdır.

Ekspertlər isə heyvanın yaxın vaxtlarda dərisini dəyişəcəyini və normal rəng alacağını bildirirlər.

 

Baxış sayı: 3333 | Tarix: 13.02.2017
Bizi Telegramda izləyin: @repostaz