Bakının Nəsimi rayonunda qətl hadisəsi baş verib.
 
RePost.Az xəbər verir ki, hadisə Məlikov küçəsi dalan 7, mənzil 2 ünvanında qeydə alınıb.
 
1969-cu il təvəllüdlü Camalov Elçin Elzəməd oğlu qardaşı ilə dava edib. E.Camalov qardaşının ürək nahiyəsinə bıçaq zərbəsi vuraraq onu qətlə yetirib. Dava zamanı Elçin Camalov özü də çoxsaylı bıçaq xəsarətləri aldığından xəstəxanaya yerləşdirilib.
 
Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.

Baxış sayı: 3086 | Tarix: 19.03.2021
Bizi Telegramda izləyin: @repostaz