Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Belarus Respublikasının müdafiə naziri, general-leytenant Viktor Xreninə başsağlığı ünvanlayıb.
 
Müdafiə Nazirliyindən RePost.Az-a verilən məlumata görə, başsağlığında deyilir: "Baranoviç şəhərində Yak-130 ekipajının faciəvi şəkildə həlak olması xəbəri məni çox kədərləndirdi.
Azərbaycan Ordusunun şəxsi heyəti və şəxsən öz adımdan həlak olanların ailələrinə, əzizlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm.
Baş vermiş faciədən Sizinlə birlikdə kədərlənirik”.

Baxış sayı: 3067 | Tarix: 21.05.2021
Bizi Telegramda izləyin: @repostaz