16 yaşlı pakistanlı İnşa Əfsariz gənc yaşlarında artıq dünyada yerləşən çoxlu qarlı yamacları fəth edib. Lakin onu fərqləndirən yalnız bu deyil.

RePost.Az publika.az-a istinadən xəbər verir ki, qızın bir ayağı yoxdur - o, 2005-ci ildə baş vermiş güclü zəlzələ nəticəsində ayağının birindən məhrum olub. Uzun çəkən müalicədən sonra ABŞ-da ona süni ayaq taxıblar.
Gənc qıza tam təsadüfi şəkildə dağ xizəkləri hədiyyə edildikdən sonra, bu qeyri-adi həvəs (maraq) onu ağuşuna alıb.
Hazırda İnşa Əfsariz Pakistanın ən yaxşı xizəkçilərindən biridir. O, 2018-ci ildə Cənubi Koreyada keçiriləcək Paralimpiya oyunlarında öz ölkəsini təmsil edəcəyinə ümid edir.
“Mən öz həyatımı xizəksiz təsəvvür edə bilmirəm. Düşünürəm ki, hətta mənim ailəm belə, arzularımı tam ciddiliklə anlamır. Ümid edirəm ki, mənim nümunəm, kimlərəsə sübut edəcək ki, bütün maneələr yalnız bizim başımızdadır və əgər istəsək, ilk öncə mümkünsüz kimi görünən hər bir şeyə nail ola bilərik.”, - deyə o bildirib. 


Baxış sayı: 3276 | Tarix: 18.02.2017
Bizi Telegramda izləyin: @repostaz