Bakının Nərimanov rayonunda “İnfiniti” və “Extra” gecə klublarında epidemiya əleyhinə və karantin rejimlərinin pozulması halları aşkar olunub.
 
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətindən RePost.Az-a verilən məlumata görə, polis tərəfindən keçirilən tədbirlərlə həmin gecə klublarının rəhbərliyi müəyyən olunaraq saxlanılıb.
 
DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində fakta görə Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.
 
“İnfiniti” gecə klubunun rəhbərliyi – Samiq Babayev, Jamal Nasser, “Extra” gecə klubunun rəhbərliyi Dilsuz Dəmirçiyev, Əmrah Yusifov həbs ediliblər.
 
Hazırda iş üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Baxış sayı: 3181 | Tarix: 03.08.2021
Bizi Telegramda izləyin: @repostaz