Bu gün 30 illik həsrətdən sonra bir qrup Şuşa sakini və media nümayəndələri Mədəniyyət paytaxtı - Şuşa şəhərinə yola düşüb.
 
APA-nın xəbərinə görə, səfər zamanı şuşalılar öz şəhərini ziyarət edəcək, aparılan yeni quruculuq, bərpa işləri ilə tanış olacaqlar. Səfər çərçivəsində sakinlər şəhərdə yerləşən erməni vandalları tərəfindən dağıdılmış tarixi, dini və mədəni abidələri ziyarət edəcəklər.
 
Şuşalılara 30 il əvvəl ermənilər tərəfindən işğal edilən evlərini də ziyarət etmək imkanı yaradılacaq.

Baxış sayı: 3466 | Tarix: 19.08.2021
Bizi Telegramda izləyin: @repostaz