Bakıda mənzildən oğurluq edilib.
 
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən RePost.Az-a verilən məlumata görə, Səbail Rayon Polis İdarəsi 41-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində rayon ərazisindəki evlərin birindən 1700 manat və 6900 ABŞ dolları oğurlamaqda şübhəli bilinən E. Allahverdiyev saxlanılıb.
 
Saxlanılan şəxsin ətrafında aparılan tədbirlərlə onun Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olması da müəyyən edilib.

Baxış sayı: 3789 | Tarix: 21.08.2021
Bizi Telegramda izləyin: @repostaz