Xəbər verdiyimiz kimi, Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə 33 saylı Şəhər Poliklinikasında əməliyyat keçirib. Poliklinikanın əməkdaşı Elnur Əliyevlə əlbir olaraq vətəndaşlardan 300 manat məbləğində pul alıb onların xəstəxanaya belə gəlmədən guya vaksinasiyadan keçib peyvənd olunmalarını özündə əks etdirən saxta sənəd təqdim ediblər.
 
RePost.Az xəbər verir ki, sözügedən xəstəxananın baş həkimi Nazim İldırımzadədir. Nazim İldırımzadə tanınmış prokuror Yusif İldırımzadənin qardaşıdır.
 
Bir müddət əvvəl Yusif İldırımzadənin qardaşı, bağlanan "AmrahBank"ın sahibi Yunis İldırımzadənin oğlu Ülvi İldırımzadə həbs edilmişdi. O, bank bağlanandan sonra Dövlət Təhlükəsizlik Xidmətinin apardığı yoxlamalar nəticəsində saxlanılıb.
 
Qeyd edək ki, Bakə şəhərinin Nəsimi və Xətai rayonlarının prokuroru olmuş Yusif İldırımzadə rüşvətxorluğu ilə yadda qalıb. O, bir neçə il öncə Baş prokuror Kamran Əliyevin əmri ilə təqaüdə göndərilib. Yusif İldırımzadə sabiq Daxili İşlər naziri Ramil Usubovun qudasıdır. Həmçinin İldırımzadələr bolşevik inqilabçı Çingiz İldırımın nəvələridir.
 
1919-cu ilin avqustunda Çingiz İldırım Bakı limanı rəisinin baş köməkçisi və eyni vaxtda da hərbi limanın rəis müavini olub. Bolşevik partiyasının tapşırığı ilə Bakıdan Rusiyaya neft daşımaq üçün Xüsusi dəniz ekspedisiyası təşkil edir. 27 aprel gecəsi komandanlıq etdiyi ADR donanmasından 3 rəngli Azərbaycan bayraqlarını çıxardaraq qırmızı bolşevik bayrağı asıb. Bolşeviklərə təslim olmaq istəməyən 6 min nəfərlik komandanlıq etdiyi və Bakını müdafiə etməli olan AXC ordusunu, top atəşləriylə Nargin adasında mühasirədə saxlayaraq bolşeviklərə təslim edib. Öz hərbi rütbəsi və vəzifəsindən istifadə edərək Bayılda quraşdırılmış artileriya sistemini sıradan çıxarıb. 28 aprel günü Azərbaycan Xalq Cümhuriyyəti parlamentinə: -"2 saata hakimiyyəti bolşeviklərə təhfil verməsəniz parlamenti başınıza yıxacağam!" adlı nota göndərərək 23 ay ömür sürmüş Müstəqil Azərbaycanın varlığına son qoylmasına yardım edib. Bakıda Sovet hakimiyyətinin qurulmasında əsas rollardan birini oynayan Çingiz İldırım aprelin 28-də elan olunan ilk Sovet hökumətində Hərbi və dəniz işləri üzrə Xalq komissarı təyin olunub.

Baxış sayı: 5347 | Tarix: 23.08.2021
Bizi Telegramda izləyin: @repostaz