Son günlər uşaqlar arasında da koronavirusa yoluxmalar müşahidə olunur. Uşaqlarda koronavirus müxtəlif simptomlarla görülə bilər. Bəzilərində klinik əlamətlər olmasa da, digərlərində kəskin yuxarı tənəffüs yollarının infeksiyası simptomları ola bilər. Pediatr valideynlərə xəbərdarlıq edib.
 
RePost.Az xezerxeber.az-a istinadən xəbər verir ki, yoluxan uşaqlardan ən kiçiyi 4 aylıq, ən böyüyünün isə 16 yaşı var.
 
Pediatr Gülnarə Salahova deyir ki, son zamanlar uşaqların koronavirusdan mənfi təsirləndikləri müşahidə olunur. Müayinədən sonra məlum olur ki, həmin azyaşlıların test nəticəsi pozitivdir. Azyaşlılarda koronavirus müxtəlif simptomlarla görülə bilər.
 
Pediatr bildirib ki, aşağı yaş kateqoriyasından olan uşaqlarda yoluxma daha çox valideynlərdən keçir. Yalnız valideynlərin erkən müraciəti əsasında bu virusun qarşısını almaq mümkündür.
 
Valideynlər özlərini peyvənd olunaraq, uşaqlarını isə sanitar-gigiyenik qaydalara riayət etməklə qoruya bilərlər deyə pediatr vurğulayıb.

Baxış sayı: 3238 | Tarix: 07.09.2021
Bizi Telegramda izləyin: @repostaz