Bakıda sexdə yanğın hadisəsi baş verib.
 
Fövqəladə Hallar Nazirliyindən RePost.Az-a verilən məlumata görə, nazirliyin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi yaxınlığında yerləşən sexdə yanğın olması barədə məlumat daxil olub. Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğın baş verdiyi ünvana cəlb olunub.
 
Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.
 
Əlavə məlumat veriləcək.
 

Baxış sayı: 3352 | Tarix: 07.09.2021
Bizi Telegramda izləyin: @repostaz