Azərbaycan, Türkiyə və Pakistanın Xüsusi Təyinatlı Qüvvələrinin nümayəndələrinin iştirakı ilə keçirilən “Üç qardaş - 2021” beynəlxalq təlimi davam edir.
 
Müdafiə Nazirliyindən RePost.Az-a verilən məlumata görə, təlimin növbəti mərhələsində Xüsusi Təyinatlı bölmələr şərti düşmənin arxasına quru, hava, su yolu ilə keçid, pusqu, basqın, eləcə də amfibiya və hava desant hazırlığı üzrə məşğələlərdə səmərəli təcrübə mübadiləsi etməklə yanaşı, həmdə qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə icra ediblər.

Baxış sayı: 3846 | Tarix: 15.09.2021
Bizi Telegramda izləyin: @repostaz