Rusiyada koronavirusun “Delta” ştammının yeni variantı olan AY.4.2 aşkarlanıb.
 
RİA Novosti-nin xəbərinə görə, bu barədə Rusiya Mərkəzi Araşdırma Epidemiologiya İnstitutundan bildirilib.
 
Yeni varinatın geniş yayılacağı istisna edilmir.
 
Qeyd edək ki, Böyük Britaniyanın səhiyyə naziri Sacid Cavid ölkədə “Delta”nın yeni variantının yayıldığını bildirib. Britaniya alimlərinin hesablamalarına görə, AY.4.2-nin yoluxuculuğu “Delta”dan 10-15 faiz çoxdur.

Baxış sayı: 3884 | Tarix: 21.10.2021
Bizi Telegramda izləyin: @repostaz