İsmayıllı rayonunda dəhşətli qətl hadisəsi baş verib.
 
APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə Basqal kənd tam orta məktəbində baş verib.
 
Məktəbin gözətçisi vəzifəsində çalışan kənd sakini, 25 yaşlı Bəxtiyar Əhmədli aralarında baş verən dava zamanı məktəbdə xadiməsi, 40 yaşlı Gülarə Qəhrəmanovanı bıçaqlayıb. Ağır bədən xəsarətləri alan Gülarə Qəhrəmanova çoxlu qan itirdiyi üçün hadisə yerində dünyasını dəyişib.
 
Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil. Qətli törədən Bəxtiyar Əhmədli hadisə yerindən qaçıb. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bəxtiyar Əhmədli şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
 
Məlumata görə Gülarə Qəhrəmanova ailəlidir, 4 uşağı var. Qətli törədən Bəxtiyar Əhmədli isə subaydır və Aprel döyüşlərinin, eləcə də 44 günlük Vətən Müharibəsinin iştirakçısı olub. O, “Qubadlının azad olunmasına görə”, Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və "Cəsur döyüşçü" medalları ilə təltif olunub.
 
Faktla bağlı araşdırma aparılır.

Baxış sayı: 3656 | Tarix: 11.02.2022
Bizi Telegramda izləyin: @repostaz