Salyanda itkin düşdüyü bildirilən Vətən müharibəsi iştirakçısı həbs edilib.
 
RePost.Az-ın məlumatına görə, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şirvan Regional Qrupunun baş inspektoru Nizam Həmidov APA-nın sorğusuna cavab olaraq bildirib ki, Kamran Dadaşzadənin itkin düşməsi ilə bağlı məlumat həqiqəti əks etdirmir:
 
"Kamran Dadaşzadə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün Bakı şəhəri ərazisində saxlanılıb. Üzərinə keçirilən baxış zamanı ondan narkotik vasitə aşkarlanıb.
 
Həmin şəxs barəsində toplanmış materiallar məhkəməyə göndərilib və məhkəmənin qərarı ilə K.Dadaşzadə 30 sutka inzibati qaydada həbs edilib".
 
Qeyd edək ki, sosial şəbəkələrdə Kamran Dadaşzadənin itkin düşməsi ilə bağlı məlumatlar yayılıb.

Baxış sayı: 3903 | Tarix: 22.02.2022
Bizi Telegramda izləyin: @repostaz