Polis Gəncədə məktəblinin sinif yoldaşına xəsarət yetirməsi ilə bağlı araşdırma aparır.
 
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, Gəncə şəhər Baş Polis İdarəsinə şəhər ərazisində olan məktəblərdən birinin 9-cu sinif şagirdi olan qızın müxtəlif bıçaq xəsarətləri alması və xəstəxanaya yerləşdirilməsi ilə bağlı məlumat daxil olub. Dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıblar. Araşdırmalar zamanı məktəbliyə xəsarəti onun sinif yoldaşı olan digər qız şagirdin yetirdiyi məlum olub.
 
Hazırda Gəncə şəhər Baş Polis İdarəsində faktla bağlı araşdırma aparılır, araşdırmalardan sonra məsələyə hüquqi qiymət veriləcək.

Baxış sayı: 3523 | Tarix: 19.04.2022
Bizi Telegramda izləyin: @repostaz