Rusiya Prezidenti Vladimir Putin Avropa İttifaqının Prezidenti Şarl Mişelə Azərbaycan-Ermənistan sülh müqaviləsi üzrə danışıqların aparılması istiqamətində atılan addımlar barədə məlumat verib.
 
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Kremlin mətbuat xidmətinin Putin-Mişel arasında telefon danışığına dair yaydığı məlumatda bildirilib.
 
Qeyd olunub ki, Putin-Mişel telefon danışığında Vladimir Putin və Şarl Mişelin Azərbaycan və Ermənistan liderləri ilə bu yaxınlarda apardıqları təmaslar nəzərə alınmaqla, Qarabağda sabitliyin və təhlükəsizliyin təmin edilməsi mövzusuna da toxunulub.
 
“Azərbaycan, Ermənistan və Rusiya arasında 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatların ardıcıl şəkildə həyata keçirilməsinin prinsipial əhəmiyyəti bir daha təsdiqlənib.
 
Bu kontekstdə Rusiya Prezidenti iqtisadi və nəqliyyat əlaqələrinin bərpası üzrə layihələrin həyata keçirilməsi, o cümlədən Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası prosesinin başlanması və iki ölkə arasında sülh müqaviləsi üzrə danışıqların aparılması istiqamətində atılan addımlar barədə məlumat verib”, - Kremlin məlumatında bildirilib.
 

Baxış sayı: 3276 | Tarix: 22.04.2022
Bizi Telegramda izləyin: @repostaz