Zakir Həsənov müşavirə keçirib. 
 
RePost.Az xəbər verir ki, nazir, komandanlığa Ermınistandakı revanşist qüvvələrin mümkün təxribatlarının qarşısını almağa hər an hazır olmaq barədə müvafiq tapşırıqlar verib.
 
Müşavirədə Azərbaycan-Ermənistan dövlət sərhədindəki və Qarabağ iqtisadi zonasındakı əməliyyat şəraiti geniş təhlil edilib, bölmələrin maddi-texniki və döyüş təminatının gücləndirilməsi, hərbi qulluqçuların xidməti-döyüş fəaliyyətinin təkmilləşdirilməsi, həmçinin şəxsi heyətin sayıqlığının artırılması barədə konkret tapşırıqlar verilib.

Baxış sayı: 3789 | Tarix: 02.07.2022
Bizi Telegramda izləyin: @repostaz