Paytaxtın Yasamal rayonu Zivər bəy Əhmədbəyov (”Kubinka”) küçəsində daha 8 nəfər müəyyən olunaraq saxlanılıb.
 
Bu barədə DİN-dən məlumat verilib.
 
Bildirilib ki, paytaxtın Yasamal rayonu Zivər bəy Əhmədbəyov (”Kubinka”) küçəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən daha 8 nəfər müəyyən olunaraq saxlanılıb.
 
Yasamal Rayon Polis İdarəsi və 27-Polis Bölməsinin əməkdaşları tərəfindən həmin şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.Araşdırmalar davam etdirilir.

Baxış sayı: 3219 | Tarix: 25.08.2022
Bizi Telegramda izləyin: @repostaz