İsrailin müdafiə naziri Benni Qantz Türkiyədə səfərdədir.
 
Səfər çərçivəsində  Qantz türkiyəli həmkarı Hulusi Akar və Prezident Ərdoğanla görüşüb. 
 
Görüşdən öncə isə Benni Qantz Atatürkün məqbərəsini ziyarət edib.
 
Bu barədə müdafiə naziri "Twitter"də bildirib.
 
"Türkiyəyə səfərimi Türkiyənin ilk prezidenti Mustafa Kamal Atatürkün xatirəsinə ehtiram əlaməti olaraq məqbərəyə əklil qoymaqla başladım. Bu gün mən Türkiyə prezidenti Ərdoğan və müdafiə naziri Akarla görüşəcəyəm və onlarla ölkələrimiz arasında təhlükəsizlik əlaqələrinin məhsuldar şəkildə inkişafını müzakirə edəcəyəm.
 
Mustafa Kamal Atatürkün “Yurdda sülh, cahanda sülh” fikri dünyada tanınır. Anıtqəbir məqbərəsini ziyarət edərək mən öz ehtiramımı bildirirəm və bu nəcib məqsəd yolunda fəaliyyətimi davam etdirməyə sadiq olduğumu bəyan edirəm", - Qantz deyib.
 
 

Baxış sayı: 4302 | Tarix: 27.10.2022
Bizi Telegramda izləyin: @repostaz