Hunza türklərinin kökü Hun türklərindən gəlir. Pakistan və Hindistan sərhədində yaşayan bu insanların çox maraqlı bir xüsusiyyəti var. Tamamilə müsəlman olan Hunza türkləri orta hesabla 110-120 il yaşayır. Burada 65 yaş yolun yarısı sayılır...

Hunza Türklərinin qəribə yaşayış tərzləri var. Burada qadınlar 65-70 yaşlarda ana olur, 100 yaşında ölmüş adama "cavan öldü" deyirlər. Hunza türklərinin çox maraqlı bir tərəfi də xərçəng xəstəliyinə yoluxmamalarıdır. Onlar xərçəng kimi digər xəstəliklərdən də uzaqdırlar. Alimlər bu insanların həyat tərzini araşdırmağa başlayıb. Onların bu qədər çox yaşamağının bir səbəbi də dəniz səviyyəsindən 6 min metr yüksəklikdə yaşamalarıdır.

Hunza türklərinin ət və ədviyyatlı yeməkləri çox məşhurdur və yalnız öz yetişdirdiyi tərəvəz və meyvələrini istehlak edirlər. Havanı çirkləndirən istilik stansiyaları yoxdur. Betondan strukturlar qurmaq üçün təbiətə zərər vermirlər. Hamısı müsəlman olan Hunza türkləri dünya malı sevgisindən uzaq, sadə yaşayırlar. Spirt və tütün bu torpaqlara ayaq basmayıb. Əsas gəlir qaynağı isə heyvandarlıqdır.

İstifadə etdikləri yeganə bank toxum bankıdır. Əhali inanılmaz bir toxum bankına sahibdir, öz məhsullarını özləri əkib-becərirlər. Yekə marketləri yoxdur. Yayda meyvə, qışda qurudulmuş meyvə yeyirlər. Buz kimi təbii su içən bu türklər soyucudunun ixtirasından xəbərsizdirlər.

RePost.Az
Mənbə:Publika.az


Baxış sayı: 3048 | Tarix: 19.03.2017
Bizi Telegramda izləyin: @repostaz