Mədəniyyət Nazirliyində kadr təyinatı olub.
 
Bununla bağlı mədəniyyət nazirinin birinci müavini, nazir səlahiyyətlərini icra edən Adil Kərimli əmr imzalayıb.
 
Əmrə əsasən, Aynur Nurəddin qızı Kərimova Mədəniyyət Nazirliyinin Media və Kommunikasiya şöbəsinə müdir təyin olunub.
 
Mədəniyyət Nazirliyindən məlumat saytımıza təsdiqlənib.
 
Aynur Kərimova Bakı Dövlət Universitetində (BDU) jurnalistika ixtisası üzrə bakalavr və magistr təhsili alıb.
 
O, müxtəlif illərdə BDU-nun Televiziya və radio jurnalistikası kafedrasının müdiri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Sosial-analitik araşdırmalar departamentinin rəhbəri, “Barama Media”nın icraçı direktoru, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində Mətbuatla iş şöbəsinin müdiri kimi fəaliyyət göstərib.

Baxış sayı: 30560 | Tarix: 14.03.2023
Bizi Telegramda izləyin: @repostaz