Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta dəhliz) daşıma qabiliyyəti 2025-ci ilə qədər 10 mln. tona çatdırılacaq.
 
“APA-Economics” “TASS“a istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın baş naziri Əlixan Smailov bildirib.
 
Onun sözlərinə görə, respublika marşrutun inkişafı üçün səylər göstərir: "Ötən il onun vasitəsilə daşınan yüklərin həcmi 2 dəfə artaraq 1,7 mln. tona çatıb. Eyni zamanda, Azərbaycan, Türkiyə və Gürcüstanla imzalanmış yol xəritələrinin icrası sayəsində bu il 2 mln. ton yük daşınacaq, 2025-ci ilə qədər isə marşrutun ötürücülük qabiliyyəti 10 mln. tona çatacaq”.
 
Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və daha sonra Avropa ölkələri üzərindən keçir. Onun vasitəsi ilə Dəmir yolu və dəniz nəqliyyatından istifadə etməklə konteyner daşımaları həyata keçirilir.

Baxış sayı: 11598 | Tarix: 19.04.2023
Bizi Telegramda izləyin: @repostaz