Saatlıda məmurun, qəbuluna gələn yaşlı şəxslə qeyri-etik rəftarını əks etdirən videogörüntülər yayılıb.
 
RePost.Az BakiPost-a istinadən xəbər verir ki, sosial şəbəkədə yayılan görüntülərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Saatlı rayon Məşğulluq Mərkəzinin direktoru Bayram Mikayılovun kabinetində çəkildiyi bildirilir. Məlumata görə, Saatlı rayon sakini, 2 aydır, müavinətini ala bilməyən Allahyarov Elşən Mehdiqulu oğlu Bayram Mikayılovun qəbuluna gəlib və ondan kömək istəyib. 
 
Görüntülərdə, yaşlı vətəndaşın nəvəsinin aylardır ki, mavinətini ala bilmədiyindən şikayət etməsi əks olunub. O, yaxşı eşitmədiyindən səsini yüksəldərək danışdığını bildirir. Lakin B. Mikayılov onun üstünə qışqıraraq "Lotuluq edirsən? Kar var burda? "Zatknis”” deyərək təhqir edir.
 
Yaşlı kişi aclıqdan başının gicəlləndiyini deyəndə isə direktor ona "o dünyada sənə "qaib” qoyurlar ey” deyir. 
 
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən isə RePost.Az-a görüntünün Saatlı rayon Məşğulluq Mərkəzi ilə heç bir əlaqəsinin olmadığı bildirilib.  Həmin videogörüntülərin guya Mərkəzin direktoru Bayram Mikayılovun iş otağında çəkilməsi ilə bağlı qeyd edilənlər də tamamilə əsassız və böhtan xarakterli olduğu qeyd edilib. Məlumata görə, araşdırma zamanı Saatlı rayon sakini Allahyarov Elşən Mehdiqulu oğlunun ümumiyyətlə rayon Məşğulluq Mərkəzinə heç zaman müraciət etmədiyi və bu videogörüntülərin şəxsi zəmində Saatlı rayon Məşğulluq Mərkəzinin direktoru B.Mikayılovu şantaj etmək, gözdən salmaq üçün montaj edilərək hazırlanaraq sosial şəbəkələrə yerləşdirildiyi məlum olub.
 
Nazirlikdən bildirilib ki, qeyd edilən hadisə ilə əlaqədar aidiyyəti üzrə tədbir götürülməsi üçün B.Mikayılov tərəfindən daxili işlər orqanlarına müraciət edilib. 
 
Sözügedən videogörüntüləri təqdim edirik:
 
RePost.Az
 

Baxış sayı: 4169 | Tarix: 10.04.2017
Bizi Telegramda izləyin: @repostaz