Bakıda ər və arvadı qətlə yetirilib.
	 
	Bu barədə RePost.Az-a DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
	 
	Bildirilib ki, oktyabrın 22-də saat 21 radələrində paytaxtın Nəsimi rayonunda 1939-cu il təvəllüdlü İosif Tkaç Zusyeviçin və arvadı 1944-cü il təvəllüdlü Lyudmila Tkaç Mixaylovnanın qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
	 
	Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 1973-cü il təvəllüdlü İslam Hadıyev müəyyən olunaraq saxlanılıb.
	 
	Araşdırma aparılır.
	 
	Qeyd edək ki, İosif Tkaç Azərbaycan Dövlət Rus Dram Teatrının aktyoru olub. O, bir sıra tamaşa və filmlərdə rol alıb.