Bu gün Dövlət Bayraq Meydanından start götürən “28 May - Respublika günü”nə həsr olunmuş yürüş keçirilib.
 
RePost.Az-ın Qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, yürüşdə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Mədət Quliyev, Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev və media nümayəndələri iştirak ediblər.
 
Yürüşdən öncə DTX-nın İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Arif Babayev çıxış edib. Daha sonra tədbir konsert proqramı ilə davam etdirilib, Xalq artisti Aygün Kazımova mahnı ifa edib.
 
RePost.Az

Baxış sayı: 2497 | Tarix: 27.05.2017
Bizi Telegramda izləyin: @repostaz