ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FED) Açıq Bazar Əməliyyatları üzrə Komitəsinin (FOMC) iki gün davam edən iclası yekunlaşıb. RePost.Az xəbər verir ki, FED uçot dərəcəsini 0,5-0,75% artırıb.

 

Qeyd edək ki, sonuncu dəfə FED uçot dərəcəsini ötən il artırıb. 2015-ci ilin dekabrın 16-da tənzimləyici uçot dərəcəsinin baza faiz dərəcəsini illik 0-0,25% artırılması barədə qərar qəbul edib. Bundan sonra keçirilən iclaslarda uçot dərəcəsi dəyişdirilməyib.

 

Ümimiyyətlə, FED 2007-2008-ci ildən sonra yalnız bir dəfə uçot dərəcəsini qaldırıb.

 

Uçot dərəcəsinin artırılması dolların möhkəmlənməsinə səbəb olacaq. Heç şübhəsiz, dolların möhkəmlənməsi manata təzyiqi artıracaq. Ekspertlər hesab edirlər ki, bu qərrardan sonra Azərbaycanda üçüncü devalvasiya qaçılmaz olacaq. 

 

 


Baxış sayı: 2098 | Tarix: 15.12.2016
Bizi Telegramda izləyin: @repostaz